×
A
A
A
Sazlamalar

Çimərlikdə oğurluq edən şəxs saxlanılıb

Bakı, 17 iyul, AZƏRTAC
Çimərlikdə oğurluq edən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı pulu, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Kamil Zahidov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı təhqiqat davam edir.

Hadisə 2023-07-17 11:52:00