×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda evdən 1100 dollar məbləğində pul oğurlanıb

Bakı, 17 iyul, AZƏRTAC
Bakıda evdən 1100 dollar məbləğində pul oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüstəm Mustafayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-07-17 11:35:00