×
A
A
A
Sazlamalar

“Taxtakörpü” su anbarında meyit tapılıb

Bakı, 16 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə 2023-07-16 21:19:00