Lerikdə taxıl biçini uğurla davam edir
Bakı, 15 iyul, AZƏRTAC
Lerik rayonunda fermer və sahibkarlarla görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, biçin zamanı fermerlərin üzləşdiyi problemlər və onların həlli ilə əlaqədar məsələlər müzakirə edilib, sahibkarları narahat edən problemlər dinlənilib.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov taxıl biçini ilə əlaqədar fermerlərin üzərlərinə düşən vəzifə və məsuliyyət barədə məlumat verib. Hər il olduğu kimi bu il də biçin prosesinin növbəlilik əsasında həyata keçirildiyi qeyd edilib. Növbəliliyin yaradılması icra nümayəndəlikləri və bələdiyyələr, nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçirilib.
Taxıl biçini zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Həmin innovativ nəzarət sistemi operativliyin təmin olunması, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.
Rayonun dağ kəndlərində mövsümə iyulun axırlarında yekun vurulacaq.
Fermer və sahibkarlarla görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.
Lerik rayonunda bu il 3800 hektar ərazidə taxıl yetişdirilib. Rayonda iyunun 20-dən etibarən biçinə başlanılıb və indiyədək taxıl sahələrinin yarıdan çoxunda biçinə yekun vurulub.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb