×
A
A
A
Sazlamalar

FHN: Masallıda kottecdə baş vermiş yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb

Bakı, 14 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində kottecdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, meşəlik ərazidə istirahət mərkəzinə aid kottecdə açıq alov müşahidə edilir. Yanğından mühafizə bölmələrinin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində alovun meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Yanğın məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə 2023-07-14 18:53:00