Tərtərdə bu günədək 10 min tondan çox tərəvəz yığılıb
Tərtər, 14 iyul, AZƏRTAC
Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 10 min 152,1 ton müxtəlif növ tərəvəz məhsulları, 4818,3 ton kartof, 4359,7 ton müxtəlif növ meyvə və giləmeyvə istehsal olunub. Hər hektardan orta məhsuldarlıq tərəvəz məhsulları üzrə 137,4 sentner, kartof üzrə 149,2 sentnerdir. İstehsal olunan meyvənin 133,2 tonu intensiv üsulla becərilən bağlardan toplanıb.
Hazırda rayonda məhsul yığımı ilə yanaşı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, təkrar əkin və payızlıq əkinlər üçün şum işləri də davam etdirilir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb