×
A
A
A
Sazlamalar

Dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Bakı, 12 iyul, AZƏRTAC

Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində və "Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Hadisə 2023-07-12 22:19:00