Tərtər rayonunda arpa biçini başa çatıb – məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir
Tərtər, 12 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini davam etdirirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2023-cü ilin məhsulu üçün rayonda 10 min 529,9 hektar sahədə taxıl becərilib. Onun 6845,2 hektarı buğda, 3684,7 hektarı dən üçün arpadır. Bugünədək taxıl zəmilərinin 8493,5 hektarı və ya 80,7 faizi biçilib, 37 min 235,8 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 43,8 sentner təşkil edir.
Rayonda arpa biçini başa çatıb. 3684,7 hektar arpa sahəsindən 15 min 649,1 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 42,5 sentner təşkil edib. Arpa sahələrinin hər hektarında orta məhsuldarlıq 2022-ci ilə nisbətən 4 sentner və ya 10,4 faiz artıb.
Hazırda buğda biçini sürətlə davam edir. Artıq 6845,2 hektar buğda sahələrinin 4808,8 hektarında və ya 70,3 faizində biçin aparılıb, 21 min 586,7 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 44,9 sentnerdir. Ötən ilə nisbətən buğda sahələrinin hər hektarında orta məhsuldarlıq 1,3 sentner və ya 3 faiz çoxdur.
Hazırda taxıl biçini ilə yanaşı, sahələrin şumlanması da davam etdirilir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb