×
A
A
A
Sazlamalar

AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iyulun 3-dən 10-dək müddətdə respublikada yol infrastrukturunun bərpası və təmiri sahəsində görülən işlər açıqlanıb.
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənib, bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb, Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilib.
Həmçinin piyada keçidində aparılan təmir-bərpa işləri davam edir, Nəsimi rayonunda Dilarə Əliyeva küçəsinin bir hissəsi təmir edilib, Daşkəsən rayonunda selin yollarda yaratdığı fəsadlar aradan qaldırılıb və 150 kilometrlik yeni magistral avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

 

 

Tikinti̇ 2023-07-10 12:59:00