×
A
A
A
Sazlamalar

Bred Pitt F1 Böyük Britaniya Qran-Prisində iştirak edib

Bakı, 10 iyul, AZƏRTAC

Məşhur Hollivud ulduzu Bred Pitt Formula 1 pilotunu canlandırdığı filmdə çəkilmək üçün Böyük Britaniya Qran-Prisində iştirak edib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, kino ulduzu Silverstoun trasına çıxıb və yürüş boyu heç həyəcanlanmadığını bildirib. Filmdə 30 illik fasilədən sonra Formula 1-ə qayıdan və gənc pilotu yürüşə hazırlaşdıran Sonni Hayes adlı keçmiş idmançının obrazını yaradan Bred Pitt bildirib ki, o, yaxşı məşq edib və ekran əsərinin daha inandırıcı olması üçün əsl yürüşçü kimi hərəkət etməyə çalışıb. O əlavə edib ki, indi Formula 1 pilotu olmağın bütün təfərrüatlarını yaxşı bilir və yürüşçülərə daha çox hörmətlə yanaşır.
Cozef Kosiniskinin rejissoru olduğu filmin prodüserləri arasında Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hemilton da var. O bildirib ki, Bred Pittlə birlikdə Silverstoun trasında olmaq onu çox həyəcanlandırıb.
Filmdə qəhrəmanların mənsub olduqları APXGP komandasının qarajı “Mercedes” və “Ferrari”nin bokslarının arasında yerləşib. Pilotlar “Mercedes” tərəfindən modifikasiya edilən Formula 2 bolidlərindən istifadə ediblər.

 

İdman 2023-07-10 12:03:00