×
A
A
A
Sazlamalar

Həyat yoldaşını öldürməyə cəhd edən şəxs barəsində cinayət işi başlanıb – Şəmkir prokurorluğu

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-i saat 21:30 radələrində Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Zəhra Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində həyat yoldaşı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsun Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Şəmkir rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.

Hadisə 2023-07-07 23:23:00