×
A
A
A
Sazlamalar

Həyat yoldaşına odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı – YENİLƏNİB

Bakı, 7 iyul, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşını odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən Əfsun Əhmədov ov tüfəngi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

22:20

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, ilkin araşdırmalar zamanı qadını həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralanması məlum olub. Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2023-07-07 22:50:00