×
A
A
A
Sazlamalar

Hindarx qəsəbəsində baş verən yol qəzası ölümlə nəticələnib VİDEO

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-07-07 19:15:00

Video