×
A
A
A
Sazlamalar

Ekspert: Xəzər dənizində zəlzələlərin ciddi təlatümlərə səbəb olacağı proqnozlaşdırılmır

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan seysmoloji baxımdan o qədər də gərgin ərazi deyil. Təbii ki, Xəzər dənizində bəzən müxtəlif seysmik aktivlik müşahidə edilir. Lakin bunun bütövlükdə ciddi təlatümlərə səbəb olacağı proqnozlaşdırılmır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov deyib.
Onun sözlərinə görə, hətta mütəxəssislər də güclü zəlzələlərlə bağlı əvvəlcədən proqnoz verə bilmir və bu zaman binaların rekonstruksiyası məsələsi çox önəmlidir: “Hesab edirəm ki, aidiyyəti qurumlar zəlzələ təhlükəsini nəzərə alırlar. Çünki Bakıda 2000-ci ildə baş verən zəlzələdən sonra özəlliklə MTK-lara, həmçinin bina tikintisi ilə məşğul olan şirkətlərə qarşı bu sahədə ciddi nəzarət həyata keçirilib”.
Zəlzələnin çox təhlükəli bir proses olduğunu vurğulayan T.İsmayılov bildirib ki, artıq bu gün dünyanın bir çox ölkələrində aparılan laboratoriya tədqiqatları nəticəsində süni zəlzələnin yaradılması ehtimalı da müzakirə edilir. Süni zəlzələ yaratmaq ehtimalı həmişə aktualdır və bu məsələ həmişə diqqətdə saxlanılmalıdır.

Tikinti̇ 2023-07-07 16:40:00