×
A
A
A
Sazlamalar

2024-cü ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb

Bakı, 5 iyul, AZƏRTAC

2024-cü ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhər halqasında keçiriləcək yarış sentyabrın 13-15-də nəzərdə tutulub.
Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-Prisi ilə start veriləcək. İlin son yarışı isə dekabrın 6-8-də Abu-Dabidə olacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi ilk dəfə sentyabra təsadüf edəcək.

İdman 2023-07-05 18:00:00