Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir
Bakı, 4 iyul AZƏRTAC
İyulun 4-ü gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.
Bu barədə AZƏRTAC-a agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, agentliyin mütəxəssisləri tərəfindən gecə boyu yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Gün ərzində də yoxlamalar davam etdirilir.
Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb