Yaponiyanın “Komaihaltec” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb
Bakı, 24 iyun, AZƏRTAC
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Yaponiyanın “Komaihaltec” şirkətinin nümayəndələri ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Yaponiya ilə enerji sahəsində əməkdaşlıq imkanlarının uğurla davam etdiyi qeyd olunub. Bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
Daha sonra AREA ilə “Komaihaltec” şirkəti arasında bərpaolunan enerji layihələrinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, Azərbaycanın dağlıq rayonlarının kəndlərində bərpaolunan enerji mənbələrinin tətbiqi ilə hibrid elektrik enerjisinin istehsalından istifadə etməklə optimal elektrik və istilik təchizatı sisteminin layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir