×
A
A
A
Sazlamalar

Yevlaxda baş verən yol qəzasında sürücü ölüb

Bakı, 24 iyun, AZƏRTAC

Yevlax rayonu ərazisində rayon sakini, 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.

Hadisə 2023-06-24 01:55:00