×
A
A
A
Sazlamalar

Paytaxtda 20 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Bakı, 24 iyun, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda 2003-cü il təvəllüdlü Kərimov Hikmət İlham oğlunu qətlə yetirməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.


00:10

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov Hikmət İlham oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

 

Hadisə 2023-06-24 04:33:00