×
A
A
A
Sazlamalar

Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.
AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisə 2023-06-23 22:01:00