Neftçalada yabanı halda bitmiş 12 ton çətənə kolu məhv edilib
Bakı, 23 iyun, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Kürkənd kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 12 ton olan 6000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO