AQTA ilə Kaunasda yerləşən Süd Tədqiqatı Laboratoriyası arasında “Taiex” layihələri hazırlanır
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Litvanın Dövlət Qida və Baytarlıq Xidmətinin nümayəndələri arasında onlayn görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qurumun fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə Litva nümayəndələrinə ətraflı məlumat verilib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanla Litva arasında qida, o cümlədən baytarlıq nəzarətinə aid məhsulların idxal-ixrac məsələləri nəzərdən keçirilib. Həmçinin Azərbaycanın baytarlıq sisteminin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə “Tvinninq”, eləcə də heyvan mənşəli məhsullara nəzarət sistemi ilə bağlı AQTA və bu ölkənin Kaunas şəhərində yerləşən Süd Tədqiqatı Laboratoriyası arasında “Taiex” layihələrinin hazırlanması məsələlərinə toxunulub.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb