Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb
Ağdam, 22 iyun, AZƏRTAC
Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2023-cü ilin yanvar-may aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında 2016,8 ton ət, 18 min 709,5 ton süd, 8618 min ədəd yumurta, 207,2 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 2,8 faiz, yun istehsalı 1,9 faiz çoxdur.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2023-cü ilin 5 ayında 2447 baş inək və düyə süni mayalandırılıb, 1296 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb