×
A
A
A
Sazlamalar

“İnsan Resursları Zirvəsi 2023” insan resursları ilə əmək bazarı arasında əlaqənin gücləndirilməsi üçün platforma rolu oynayır

Bakı, 21 iyun, AZƏRTAC

“İnsan Resursları Zirvəsi 2023” çərçivəsində ölkədə həyata keçirilən məşğulluq siyasəti, insan resursları ilə əmək bazarı arasında əlaqənin gücləndirilməsi, bu vəhdətin təmin olunması, növbəti dövrlərdə ali və peşə təhsil müəssisələrimizdən buraxılacaq insan resurslarımızın əmək bazarında layiqli iş tapması, eyni zamanda bizim əmək bazarına, iqtisadi inkişafımıza uyğun insan resurslarının yetişdirilməsi üçün bir platforma rolu oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” barədə məlumat verərək deyib.
Nazir qeyd edib ki, platformada aidiyyəti dövlət qurumları, eyni zamanda özəl sektorun dövlət şirkətlərinin nümayəndələrinin birgə müzakirəsi ilə Azərbaycanda insan resurslarının, layiqli məşğulluğun gələcəyi və qlobal çağırışlar fonunda Azərbaycanda məşğulluğun daha da inkişaf etdirilməsi, əmək məhsuldarlığının artırılması kimi istiqamətlər üzrə geniş müzakirələr aparılıb: “Ötən dövr ərzində həyata keçirilən islahatlar çərçivəsində əldə olunan nailiyyətlər, növbəti dövrdə aktiv məşğulluq tədbirləri və iqtisadi inkişaf çərçivəsində yaradılacaq imkanlar ətraflı müzakirə olunub”.

Sosial 2023-06-21 16:02:00