Nazir: Gələcək nəsli yaxşı yetişdirə bilmək üçün savadlı kadrlar tapmalıyıq
Bakı, 21 iyun, AZƏRTAC
Müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək. Hazırda həmin istiqamətdə mərhələli şəkildə müəyyən işlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsinin "Yerin dərinliyindən beyin dərinliyinə köç" panelində çıxışı zamanı deyib.
O qeyd edib ki, əvvəllər müəllimlərin bilik və bacarıqları barədə ətraflı məlumata sahib deyildik. Lakin hazırda aparılan diaqnostik qiymətləndirilmə, keçirilən sertifikasiya imtahanları ilə müəyyən məlumatlara sahibik.
Gələcək nəsli yaxşı yetişdirə bilmək üçün savadlı kadrlar tapmalıyıq.
Nazir, eyni zamanda, vurğulayıb ki, təhsil sisteminə təsir edən amillərdən biri də cəmiyyətdə qadının roludur.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb