×
A
A
A
Sazlamalar

Binəqədidə azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb

Bakı, 20 iyun, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur.

Hadisə 2023-06-20 15:48:00