×
A
A
A
Sazlamalar

Xızıda sel səbəbindən 24 nəfər köməksiz vəziyyətdə qalıb

Bakı, 18 iyun, AZƏRTAC

Xızıda yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin “112” qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.
Əlavə məlumat veriləcək.

Hadisə 2023-06-18 23:41:00