×
A
A
A
Sazlamalar

Kürdə batan 3 yeniyetmənin meyiti çıxarılıb

Bakı, 16 iyun, AZƏRTAC

Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında 3 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə 2023-06-16 22:48:00