×
A
A
A
Sazlamalar

Gəncədə ev yanıb

Bakı, 13 iyun, AZƏRTAC

Gəncə şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Hadisə 2023-06-13 02:34:00