Ötən ay ölkədə gündəlik 500 min barrel xam neft hasil olunub
Bakı, 12 iyun, AZƏRTAC
May ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barel olub.
AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunun 500 min barelini xam neft, 112 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək