Çexiyaya gələn qeyri-leqal miqrantların sayı kəskin artıb
Praqa, 11 iyun, AZƏRTAC
Çexiya polisinin məlumatına əsasən, Slovakiya sərhədində polis patrulu tərəfindən son həftə ərzində saxlanılan qeyri-leqal miqrantların sayı ötən həftə ilə müqayisədə dörd dəfə artıb. Rəqəmlər bütün may ayının göstəricilərinə bərabər olub.
AZƏRTAC Çexiya Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iyun ayının əvvəlindən bəri polis Çexiyada qanunsuz əsasla olan 54 nəfəri saxlayıb. Bunların əksəriyyətini suriyalılar təşkil edib.
Ümumilikdə yay mövsümündə Mərkəzi Avropaya gələn miqrantların sayı artır. Çexiyaya onlar əsasən Slovakiyadan daxil olurlar. Qanunsuz miqrantların kəskin artmasına görə Çexiya rəsmiləri bu ölkə ilə sərhəddə tam sərhəd nəzarəti tətbiq ediblər.
Eyni zamanda, Praqanın əsas dəmiryolu vağzalına gələn miqrantların arasında əvvəlki kimi Ukraynadan gələn və Çexiyanın qəbul etdiyi qaçqınlar üstünlük təşkil edir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır