Trüdo Rusiyanın müsadirə olunan “An-124” təyyarəsinin Ukraynaya təhvil veriləcəyini açıqlayıb
Bakı, 10 iyun, AZƏRTAC
Ukraynaya səfərə gələn və Prezident Volodimir Zelenski ilə görüşən Kanadanın Baş naziri Castin Trüdo ötən il Torontoda saxlanılan Rusiyaya məxsus “An-124” təyyarəsini Kiyevə təhvil verəcəyini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, C.Trüdo Ottavanın Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etmək qərarını da açıqlayıb. Məhdudiyyətlər 24 nəfər və 17 təşkilatı əhatə edəcək.
Kanadanın Baş naziri bildirib ki, Kiyevə növbəti hərbi yardım paketi 500 milyon dollar təşkil edəcək. Onun sözlərinə görə, ötən ildən Ottava Ukraynaya 8 milyard dollar yardım, eləcə də 1 milyard dollar hərbi dəstək ayırıb.
Pakistanda məsciddə baş verən partlayışda 5 nəfər ölüb, 10 nəfər yaralanıb
Afrika ölkəsində keçirilən gözəllik müsabiqəsində ağdərili qadın qalib gəlib