×
A
A
A
Sazlamalar

Sabirabad şəhərində “Sağlam məhəllə” idman zonası istifadəyə verilib

Sabirabad, 10 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca dördüncü olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Kamal Cəfərov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva, ağır atletika üzrə Avropa çempionu Dadaş Dadaşbəyli, “Neftçi” futbol klubunun üzvləri İsmayıl Zülfüqarlı, Ömər Buludov, Cavidan Şahbazlı və digər qonaqlar iştirak ediblər.
Açılış zamanı məşqçilər, idmançılar uşaqlara ustad dərs keçib, müxtəlif idman hərəkətləri öyrədiblər. "Sağlam məhəllə" idman zonasında futbol və basketbol oyunları üçün meydança, uşaqların asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif yüngül atletikaya aid idman qurğuları, stolüstü oyunlar üçün ayrıca sahələr yer alır.

Regionlar 2023-06-10 21:24:00