×
A
A
A
Sazlamalar

Aleksandr Lukaşenko: Əminəm ki, Belarus-Azərbaycan strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə ardıcıl şəkildə dərinləşəcək

Bakı, 10 iyun, AZƏRTAC

Sizin (Prezident İlham Əliyev – red.) bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
“Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir”, - deyə Belarus Prezidenti qeyd edib.
Aleksandr Lukaşenko Prezident İlham Əliyevə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyib.

Siyasət 2023-06-10 19:22:00