Qazaxıstanda meşə yanğınları nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb
Bakı, 10 iyun, AZƏRTAC
Qazaxıstanın şərqindəki Abay vilayətində meşə yanğınları zamanı itkin düşmüş daha 11 nəfərin cəsədi aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bununla da ölənlərin sayı 14 nəfərə çatıb.
Qısa müddətdə 60 min hektar sahəyə yayılan yanğının söndürülməsinə mindən çox canlı qüvvə, 250 ədəd texnika və 11 helikopter cəlb olunub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki gündür davam edən böyük meşə yanğınları fonunda fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Vyetnama iyunun 11-13-nə planlaşdırılan səfərini təxirə salıb.
Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib
OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub
Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb