×
A
A
A
Sazlamalar

Bu gün Bakının 545 küçəsi yuyulub

Bakı, 10 iyun, AZƏRTAC

Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların, xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar iyunun 10-da Bakı şəhərinin 545 küçəsi yuyulub.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, küçələrin yuyulması BŞİH-in qərarına uyğun olaraq paytaxtda təmizlik və abadlıqla bağlı reallaşdırılan geniş ümumşəhər daxili iməcilik çərçivəsində keçirilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb.
Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər paytaxt Bakımızın daha da gözəlləşdirilməsinə töhfədir.

Cəmiyyət 2023-06-10 17:41:00