×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb

Bakı, 10 iyun, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 579 nəfər müalicə olunaraq sağalıb, 10 min 280 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 857, bu günə qədər isə ümumilikdə 7 milyon 630 min 905 test icra olunub.

Səhiyyə 2023-06-10 17:26:00