×
A
A
A
Sazlamalar

“Biganə məşuq” tamaşasının premyerası olub

Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış “Biganə məşuq” səhnə əsərində ümumbəşəri duyğular fonunda qadın-kişi münasibətlərindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir. Əsas rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər.
Qeyd edək ki, bir hissəli səhnə əsərində fransız müğənnisi Edit Piafın yaşadığı ağır həyatı, xəstəlik həddinə çatan sevgisi təsvir edilib. Əsərdi Lyüsi adlı müğənni çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsinin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq. Bu ciddi kontrastın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyinin necə olması tamaşada öz əksini tapır.

 

 

Mədəniyyət 2023-06-10 14:46:00