×
A
A
A
Sazlamalar

Ağdaşda su kanalında axtarışı aparılan şəxsin cəsədi aşkarlanıb

Bakı, 10 iyun, AZƏRTAC

Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış bir nəfərin axtarışları başa çatıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun həyata keçirdikləri əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun cəsədi batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkarlanaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə 2023-06-10 14:45:00