×
A
A
A
Sazlamalar

Milli parklarda gözlənilən hava şəraiti

Bakı, 10 iyun, AZƏRTAC

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Samur–Yalama Milli Parkında istirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin iyunun 11-də gündüz şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 23-26° isti olacaq.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin iyunun 11-də gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin iyunun 11-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 22-27° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 25-29° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin iyunun 10-da axşam, 11-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 15-20° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 11-də gecə və axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 25-30° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 25-29° isti olacağı proqnozlaşdırılır.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.

Ekologiya 2023-06-10 14:42:00