×
A
A
A
Sazlamalar

FHN-in dalğıcları su kanalında batması ehtimal olunan şəxsin axtarışlarını davam etdirir VİDEO

Bakı, 10 iyun, AZƏRTAC

Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun axtarışlarına başlayıblar.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Hadisə 2023-06-10 13:10:00

Video