×
A
A
A
Sazlamalar

Formula 1: Şarl Lekler Ayrton Sennanın qeyri-adi rekordunu təzələyib

Bakı, 10 iyun, AZƏRTAC

“Ferrari” komandasının pilotu Şarl Lekler İtaliyada daşqınların qurbanlarına köməklə bağlı keçirilən xeyriyyə hərracında 368 800 funt toplayaraq Ayrton Sennanın qeyri-adi rekordunu təzələyib .
AZƏRTAC xəbər verir ki, Formula 1, həmçinin bir neçə komanda və pilotlar qəza-xilasetmə xidmətlərinə və Emiliya Romanyada təbii fəlakətdən zərərçəkmişlərə yardım üzrə öz töhfələrini veriblər. Lekler hərracda Monako Qran-Prisində öz yürüş formasını satmaq qərarına gəlib.
“RM Sotherby“ auksionunda keçirilən “Şarl Lekler Emiliya Romanya üçün” xeyriyyə hərracında 368 800 funt məbləğində vəsait toplanıb. Onların 52 500 funtu yürüş kombinezonu, 36 100 funtu əlcəklər, 17 500 funtu isə çəkmələr təşkil edib. Həmçinin hərracda yürüş dəbilqəsi rekord qiymətə - 262 700 funta satılıb. Bundan əvvəl ən bahalı dəbilqə Formula 1 üçqat dünya çempionu Ayrton Sennaya məxsus olub və 2019-cu ildə 139 100 funta satılıb.

İdman 2023-06-10 12:55:00