×
A
A
A
Sazlamalar

Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb

Bakı, 10 iyun, AZƏRTAC

Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis idarəsinin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Araşdırmalarla vətəndaşın mobil telefonunun və nəqliyyat vasitəsinin açarının onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib.
Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam edir.

Hadisə 2023-06-10 12:38:00