Tədarük məntəqələrinə 290 ton yaş barama təhvil verilib
Bakı, 10 iyun, AZƏRTAC
Respublikada yaş barama tədarükü davam edir. Bugünədək kümçülər tərəfindən tədarük məntəqələrinə 290 ton yaş barama təhvil verilib.
AZƏRTAC xəbər verir ki, respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 52,865 ton yaş barama təhvil veriblər. Ağcabədi (34,287 ton), Zaqatala (24,716 ton), Balakən (22,777 ton), Bərdə (20,608 ton), Tərtər (14,034 ton), Lənkəran (9,782 ton), Füzuli (9,197 ton), Ağdam (8,69 ton), Yevlax (7,738 ton) və Sabirabad (7,705 ton) ən çox yaş barama tədarük edən rayonlardır.
Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Yaş barama tədarükü davam edir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb