×
A
A
A
Sazlamalar

Tərtərdə 7611 hektar sahədə yazlıq səpin aparılıb

Tərtər, 10 iyun, AZƏRTAC

Tərtər rayonunda yaz-tarla işləri davam edir. Yazlıq bitkilərin səpinini başa çatdıran fermer və torpaq mülkiyyətçiləri torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin yaz mövsümündə 7610,8 hektar sahədə səpin aparılıb. Əkinlərin 2505 hektarı pambıq, 17,9 hektarı şəkər çuğunduru, 2049,5 hektarı dən üçün günəbaxan, 384 hektarı kartof, 1088 hektar müxtəlif növ tərəvəz bitkiləri, 177 hektarı dən üçün qarğıdalı, 20 hektarı noxud, 12 hektarı lobya, 3 hektarı dən üçün sorqo, 1354,4 hektarı çoxillik yem bitkiləridir.
Hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz sahələrinin 305 hektarından 4126,6 ton məhsulu yığılıb. Hər hektardan orta məhsuldarlıq 135,3 sentnerdir. Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək 69 hektar kartof sahəsindən 1041,5 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 150,9 sentner təşkil edir.

 

Kənd təsərrüfatı 2023-06-10 11:25:00