Ağcabədidə axtarışda olan şəxslər saxlanılıb VİDEO
Ağcabədi, 10 iyun, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axtarıṣda olan və oğurluq əməli törədən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, may ayı ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ötən ildən də axtarışda olan, ümumilikdə 4 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslərdən biri - rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək, vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub.
Bundan əlavə, keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib.
Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib
Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib