×
A
A
A
Sazlamalar

Şəkidə Müstəqillik Gününə həsr olunan futbol turnirinin qalibləri müəyyənləşib

Şəki, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhər stadionunda 28 May – Müstəqillik Günü münasibətilə məktəb komandaları arasında keçirilən futbol üzrə rayon birinciliyinə yekun vurulub. Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mayın 17-də startı verilən birincilikdə 24 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, futbol birinciliyi rayonun Baş Zəyzid kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəhər 8 saylı tam orta məktəbin komandası yarışı ikinci pillədə başa vurub. Şəhər 3 saylı və Daşüz kənd tam orta məktəblərin komandaları üçüncü yeri tutublar.
Birinciliyin qalibləri şəhər Gənclər və İdman İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin kubok, diplom və medalları ilə mükfatlandırılıblar.

Regionlar 2023-06-10 10:30:00