×
A
A
A
Sazlamalar

“Azərpoçt” ABA-ya üzv olub

Bakı, 10 iyun, AZƏRTAC

Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” artıq Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv qəbul olunub.
MMC-dən AZƏRTAC-a bildirilib ki, iyunun 8-də Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclas zamanı ABA-ya üzv olmaq hazırda qeyri-bank status daşıyan “Azərpoçt” MMC-nin müraciətinə baxılıb. Müraciət iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilib və poçt operatoru ABA-nın üzvlərinin siyahısına daxil edilib.
Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər və digər maliyyə xidmətləri, eləcə də elektron hökumət və biznes xidmətlərini təqdim edir.

İKT 2023-06-10 10:28:00