İqlim dəyişmələri üzrə birgə fəaliyyət istiqamətləri müzakirə edilib
Bakı, 9 iyun, AZƏRTAC
Almaniya Federativ Respublikasının Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 58-ci sessiyası çərçivəsində ikitərəfli görüşlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Səhralaşmaya qarşı mübarizə konvensiyasının baş katibi İbrahim Tiav və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Konvensiyanın Tərəflər Konfransında iqlim üzrə danışıqların aparılması üzrə məsul şəxs Hanna Alhaşimi ilə görüşüb. Görüşlər zamanı iqlim dəyişmələri gündəliyi və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb