×
A
A
A
Sazlamalar

Ayxan Qədəşov: Azərbaycanda ticarət dövriyyəsinin formalaşmasında elektron ticarət mühüm rol oynayır

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanda ticarət dövriyyəsinin, o cümlədən xarici ticarət dövriyyəsinin formalaşmasında elektron ticarət mühüm rol oynayır. Elektron ticarət müəssisələrə daxili bazarla yanaşı, həm də beynəlxalq bazarlara da çıxmağa şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda istehsal olunan məhsullar “Azexport.az” portalı vasitəsilə beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunub: “İnteqrasiyanın nəticəsi olaraq dünyanın müxtəlif ölkələrindən Azərbaycan məhsullarına ixrac sifarişləri daxil olur. Bu da ixrac coğrafiyasının genişlənməsinə müsbət təsir göstərir. Elektron ticarət əməliyyat xərclərini azaltmaqla yanaşı, məhsulların sifarişi, ödənişi, çatdırılması və izlənilməsi proseslərini avtomatlaşdıraraq ticarəti asanlaşdırır”.

İKT 2023-06-09 15:37:00